ABŞ-da gün ərzində ikinci atışma olub, ölənlər var

ABŞ-da gün ərzində ikinci atışma olub, ölənlər var ABŞ-da gün ərzində ikinci atışma olub.
Digər ölkələr
25 Dekabr , 2019 08:22
ABŞ-da gün ərzində ikinci atışma olub, ölənlər var

ABŞ-da gün ərzində ikinci atışma olub.

"Report" xəbər verir ki, bu barədə yerli WUFT telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Florida ştatında qeydə alınıb. Leyklend şəhərində yaşayış evində naməlum şəxs 2 nəfəri güllələyib. O, sonra özünə qəsd edib.

Hadisə zamanı evdə yaşları 10-a qədər olan 4 uşaq olub. Onlar hər hansı xəsarət almayıblar.

İnsidentin digər təfərrüatları açıqlanmır.

Daha əvvəl ABŞ-ın Şimali Karolina ştatının Hay-Poynt şəhərində naməlum şəxs ətrafdakılara atəş açıb, azı 6 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi