ABŞ-da atışma olub.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə Şimali Karolina ştatının Hay-Poynt şəhərində, avtomobil dayanacağında qeydə alınıb. Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomobilindən ətrafdakılara atəş açıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.
Polisin məlumatına görə, yaralıların hamısı xəstəxanaya yerləşdirilib, onlardan 3-ü ağır vəziyyətdədir.
Cinayətkarın tutulması haqqında məlumat yoxdur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Atışmanın başvermə şəraiti müəyyənləşdirilir.