Bakı. 20 noyabr. REPORT.AZ/ ABŞ-ın şimal-şərqində anomal qar yağması nəticəsində ən azı səkkiz nəfər ölüb.
"Report" xəbər verir ki, Eri Mark Polonkars dairəsi administrasiyası nümayəndəsinin sözlərinə görə, yaxın günlərdə regiona adətən il ərzində qeydə alınan miqdarda qar yağa bilər.
Buffalo şəhərinin beynəlxalq hava limanında reyslərin 40 faizi təxirə salınıb.
Bir çox yaşayış məntəqələrində nəqliyyatın hərəkəti çətinləşib. Nyu-York ştatının on dairəsində vəziyyət o həddə çatıb ki, qubernator Endryu Kuomo fövqəladə vəziyyət elan edib.
Güclü qarın noyabrın 21-dək davam edəcəyi gözlənilir. Sinoptiklərin proqnozlarına görə, gün ərzində bir qayda olaraq 90 sm qar yağa bilər. Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 1,8 metrə çatır.