ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb

ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb.
Digər ölkələr
100
30 İyul , 2021 08:50
ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb

Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Bucks County Courier Times” qəzeti yazıb.

Bildirilir ki, təbii hadisə Filadelfiyanın şimal-şərqindəki Bensalem şəhərində avtomobillərə xidmət servisinin və “Faulkner Auto Group” şirkətinin avtosalonunun binasının dağılmasına gətirib çıxarıb.

"Bu dağıdıcı qasırğa idi. Kinoda olduğu kimi idi. Sanki bomba partladı", - yerli İctimai Təhlükəsizlik xidmətinin rəhbəri Fred Xarran deyib.

Qasırğa səbəbindən Baks dairəsində dairəsində azı yeddi min sakin işıqsız qalıb.

Son xəbərlər

Orphus sistemi