Yuxarı
    Bağlamaq

    ​ABŞ-da gecə klubunda 50 nəfəri öldürmüş şəxsin İŞİD üzvü olması üzə çıxıb - VİDEO-YENİLƏNİB-3

    42 nəfər xəstəxanaya yerləşdirilib

    Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda baş vermiş terror aktını törədən şəxsin adı açıqlanıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, onun adının Ömər Martin olduğu bildirilir.

    "CBS" telekanalının yaydığı xəbərə görə, o, Florida sakini imiş. Terrorçunun atası Seddik Matin "NBC" telekanalına müsahibəsində oğlunun törətdiyi cinayətə görə hər kəsdən üzr istəyib. 

    Yerli polisdən isə bildirilib ki, terrorçuda tapança və avtomat tapılıb. Terrorçu polisə 3 saat müqavimət göstərtdikdən sonra zərərsizləşdirilib.

    ABŞ Konqresinin nümayəndələrindən biri onun İŞİD üzvü olduğunu bildirib

    ***18:30

    ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda öldürülənlərin sayı 50 nəfərə çatıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Orlandonun meri Baddi Dayer keçirdiyi mətbuat konfransında bildirib. 

    Onun sözlərinə görə, hadisə zamanı xəsarət alanların sayı 53 nəfərə çatıb.

    ***15:32

    ABŞ-ın Orlando şəhərindəki gecə klublarından birində baş verən atışma zamanı təqribən 20 nəfər həyatını itirib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Orlandonun polis şefi Con Mina keçirdiyi mətbuat konfransında məlumat verib.

    "42 nəfər xəstəxanaya yerləşdirilib və təqribən 20 nəfər klubda ölüb", — deyə Mina yerli telekanallarla yayımlanan mətbuat konfransında bildirib.

    ***13:15

    Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərindəki gecə klublarından birində atışma zamanı ən azı 25 nəfər yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə bazar günü hadisə şahidlərinə istinadən "Sky News" telekanalı məlumat yayıb.

    İnsident "Pulse" klubunda qeydə alınıb. Hadisə yerinə çoxsaylı polis dəstələri cəlb olunub.

    "Silahlı şəxs ən azı 25 nəfəri yaralayıb, digərləri girov götürülüb", — deyə telekanalın məlumatında bildirilir. Şəhər polisi bir neçə nəfərin yaralandığını təsdiq edib.

    "Bir neçə nəfər yaralanıb. Hadisə yerindən uzaq olun", — deyə polis idarəsinin rəsmi "Twitter" səhifəsində bildirilir.

    Şahidlərin sözlərinə görə, hücum zamanı klubda təqribən 100 nəfər ziyarətçi olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi