Yuxarı

ABŞ-da əyləncə gecəsində atışma baş verib: ölənlər və yaralananlar var

Silahlı insidentin başvermə səbəbləri məlum deyil

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında keçirilən əyləncə gecəsində atışma baş verib.

"Report"un məlumatına görə, bu barədə "Los Angeles Times" qəzetinin elektron versiyası xəbər yayıb.

Məlumata görə, naməlum şəxs əyləncə gecəsinin iştirakçılarına atəş açıb. Nəticədə 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

"Yaralılardan bir neçəsi özləri xəstəxanaya gəliblər" – deyə polis nümayəndəsi nəşrə bildirib.

O, qeyd edib ki, yaralılar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları yoxdur.

Xəsarət alanların sayı və silahlı insidentin başvermə səbəbləri məlum deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi