Yuxarı
    Bağlamaq

    ABŞ-da etirazçıların düşərgəsinin dağıdılması zamanı həbs edilənlərin sayı 117 nəfərə çatıb

    Düşərgənin dağıdılması zamanı ciddi xəsarət alan olmayıb

    Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın Şimali Dakota ştatında boru kəmərinin inşasına qarşı çıxan fəalların düşərgəsinin hüquq-mühafizə orqanları tərəfindən dağıdılması nəticəsində saxlanılanların sayı 117 nəfərə çatıb.

    "Report"un məlumatına görə, bu barədə "Accosiated Press" məlumat yayıb.

    Məlumata görə, düşərgənin dağıdılması zamanı ciddi xəsarət alan olmayıb. Lakin etirazçıların bir neçəsi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib.

    Hətta etirazçılardan biri tapançanı çıxararaq asayiş keşikçilərinə üç dəfə atış açıb. Lakin xəsarət alan olmayıb.

    Polisin sözlərinə görə, Morton dairəsindəki şəxsi torpaq sahəsində ən azı 250 insan toplaşıb. Etirazçılar avtomobillərin şinlərini yandırıblar, habelə asayiş keşikçilərinə daş və butulkalar atıblar.

    Hakimiyyət orqanları etirazçıları dağıtmaq üçün əraziyə 200 polis və hərbi qulluqçu, həmçinin xüsusi texnika cəlb edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi