ABŞ-da əlverişsiz hava bir neçə nəfərin ölümünə və xəsarət almasına səbəb olub

ABŞ-da əlverişsiz hava bir neçə nəfərin ölümünə və xəsarət almasına səbəb olub Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ-da azı 3 nəfər əlverişsiz – qarlı, yağışlı, tufanlı hava şəraitinin qurbanı olub.
Digər ölkələr
838
15 Aprel , 2018 06:56
ABŞ-da əlverişsiz hava bir neçə nəfərin ölümünə və xəsarət almasına səbəb olub

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ-da azı 3 nəfər əlverişsiz – qarlı, yağışlı, tufanlı hava şəraitinin qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd edilir ki, Luiziana ştatında küləyin gücünə tab gətirə bilməyən ağac yay mövsümü üçün inşa edilmiş evin damı üstünə aşaraq, onun içindəki uşağı əzib və azyaşlının ölümünə səbəb olub. Viskonsində qadın sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə onun avtomobili buzlu yolda digər avtomobilə çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, Nebraska ştatında da qar təmizləyən avtomobilin sürücüsü ölüb.

Son xəbərlər

Orphus sistemi