ABŞ-da dronları izləyən sistem yaradılır

ABŞ-da dronları izləyən sistem yaradılır Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ Federal Aviasiya İnzibatçılığı (FAA) pilotsuz uçan cihazları ayırd edəcək sistem yaradılması layihəsinin icrasına başlayıb.
Digər ölkələr
1 Yanvar , 2019 16:01
ABŞ-da dronları izləyən sistem yaradılır

Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ Federal Aviasiya İnzibatçılığı (FAA) pilotsuz uçan cihazları ayırd edəcək sistem yaradılması layihəsinin icrasına başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hazırda maksimim 24,9 kiloluq kommersiya dronlarını maksimum 121 metr yüksəklikdə, yerüstü operatorun görüntü məsafəsində uçurtmağa icazə verilir. 

Bununla belə, dəqiq izlənmə texnologiyaları mövcud olmadığından ölkənin ərazisinin böyük hissəsində FAA və polis kommersiya dronlarından istifadə üçün təhlükəsizlik baxımdan icazə vermir. Gələcəkdə dronların kommersiya məqsədilə istifadəsini daha da genişləndirmək məqsədi daşıyan layihə çərçivəsində yeni qaydaların yaxın iki ilədək təsdiq olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi