ABŞ-da Donald Trampın andiçməsindən sonra 900 minə qədər insanın etiraz edəcəyi gözlənilir

ABŞ-da Donald Trampın andiçməsindən sonra 900 minə qədər insanın etiraz edəcəyi gözlənilir Bu, prezident səlahiyyətləri sona çatan Barak Obamanın 2009-cu ildəki andiçmə mərasimindən sonrakı analoji göstəricidən iki dəfə azdır
Digər ölkələr
17 Yanvar , 2017 17:21
ABŞ-da Donald Trampın andiçməsindən sonra 900 minə qədər insanın etiraz edəcəyi gözlənilir

Bakı. 17 yanvar. REPORT.AZ/ ABŞ-da paytaxtın Kolumbiya dairəsinin Daxili Təhlükəsizlik Departamenti yanvarın 20-də Donald Trampın and içərək ABŞ-ın yeni prezidenti olmasından sonra ölkənin müxtəlif yerılərində keçiriləcək aksiyalarda etirazçıların sayının 900 minə qədər olacağını gözləyir.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, bu, prezident səlahiyyətləri sona çatan Barak Obamanın 2009-cu ildəki andiçmə mərasimindən sonrakı analoji göstəricidən iki dəfə azdır. Belə ki, 8 il əvvəl Vaşinqtonda 1,8 milyon etirazçı toplaşıb və şəhər infrastrukturunu iflic hala salıb.

Dairə Təhlükəsizlik Departamentinin rəhbəri Kristofer Celdart deyib ki, nümayişçilərin marşrutlarının təhlükəsizliyini ümumilikdə 3,2 minə yaxın polis təmin edəcək.

Son xəbərlər

Orphus sistemi