​ABŞ-da dini-etnik bayram mərasimində atışma olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

​ABŞ-da dini-etnik bayram mərasimində atışma olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb Polis hadisə ilə bağlı araşdıma aparır
Digər ölkələr
8 Fevral , 2016 11:32
​ABŞ-da dini-etnik bayram mərasimində atışma olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın Missisipi ştatının Pass Krisçen şəhərində "Mardi gras" ("Yağlı çərşənbə axşamı") adlı dini-etnik bayram zamanı baş verən atışma nəticəsində 2 nəfər həyatını itirib, ikisi uşaq olmaqla, 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.

Polisin verdiyi məlumata əsasən, atışma nəticəsində 29 və 43 yaşlı iki kişi ölüb.

Polis hadisə ilə bağlı araşdıma aparır.

Qeyd edək ki, katolik və protestantların "Mardi Qra" bayramı pravoslavların "maslenitsa"sına ("yağlıca"ya) oxşayır. Bu bayramdan sonra Böyük orucluq mərasimi başlayır.

"Mardi Qra" bayramının adı fransızdilli ölkələrdə daha yayğındır. Bir çox Qərb dövlətlərində qeyd edilir. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində daha təmtəraqlı keçirilir.

Son xəbərlər

Orphus sistemi