ABŞ-da demokratikların ofisini partlatmaqla təhdid edən şəxs saxlanılıb

ABŞ-da demokratikların ofisini partlatmaqla təhdid edən şəxs saxlanılıb Kişi Demokratlar Partiyasının Vaşinqton ştatının Spokeyn şəhərində yerləşən qərargahına soxularaq oranı partladacağını söyləyib.
Digər ölkələr
10 Dekabr , 2020 13:30
ABŞ-da demokratikların ofisini partlatmaqla təhdid edən şəxs saxlanılıb

ABŞ polisi Demokratlar Partiyasının Vaşinqton ştatının Spokeyn şəhərində yerləşən qərargahına soxularaq oranı partlatmaqla hədələyən şəxsi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılan kişi əlində içərisindən tellər çıxan çanta ilə bir nəfər əməkdaşın olduğu demokratların ofisinə girib və oranı partlatmaq istədiyini bildirib.

Kişi eyni zamanda yanğın da törədib, lakin heç kim zərər görməyib.

Polis binanı mühasirəyə aldıqdan sonra o, çölə çıxıb və səlahiyyətlilərə təslim olub, bel çantasında partlayıcı tapılmayıb.

Son xəbərlər

Orphus sistemi