ABŞ prezidenti Cozef Bayden defoltdan qaçmaq üçün Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə büdcə razılaşması əldə etdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“Biz Konqresə göndərməyə hazır olduğumuz ikipartiyalı büdcə razılaşmasına nail olduq”-deyə, o bildirib.
Bayden qeyd edib ki, bu, fəlakətli defolt təhlükəsini gündəmdən çıxaran və iqtisadiyyatın bərpasında əldə edilmiş nəticələri qoruyan çox mühüm addımdır. Onun sözlərinə görə, razılığın əldə olunması Amerika xalqı üçün yaxşı xəbərdir.
“Bu razılaşma indi Nümayəndələr Palatasına və Senata göndəriləcək. Mən hər iki palataya bu sazişi qəbul etməyi şiddətlə tövsiyə edirəm”.