ABŞ-da daşqın baş vermiş ştatlarda fövqəladə vəziyyət elan olunub

ABŞ-da daşqın baş vermiş ştatlarda fövqəladə vəziyyət elan olunub ABŞ Prezidenti Cozef Bayden “İda” qasırğasına məruz qalmış Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
3 Sentyabr , 2021 09:45
ABŞ-da daşqın baş vermiş ştatlarda fövqəladə vəziyyət elan olunub
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden “İda” qasırğasına məruz qalmış Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Son məlumatlara görə, leysan yağışları və daşqın Nyu-Cersi ştatında 23, Nyu-York ştatında isə 15 nəfərin həyatına son qoyub.

“Prezidentin sərəncamı daxili təhlükəsizlik departamentinə və fövqəladə halların idarə edilməsi üzrə federal agentliyə təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə bütün səyləri koordinasiya etmək səlahiyyəti verir”, - Ağ Evin bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi