ABŞ-da daha bir azərbaycanlı koronavirusdan öldü

ABŞ-da daha bir azərbaycanlı koronavirusdan öldü ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.
Digər ölkələr
1189
9 Avqust , 2020 20:05
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan öldü

ABŞ-ın Nyu-York ştatının Nyu-Roşel şəhərində azərbaycanlı aşpaz COVID-19-dan vəfat edib.

"Report"un Amerika bürosunun məlumatına görə, bu, Qazaxıstan vətəndaşı, əslən Bakıdan olan 55 yaşlı Rzayev Ağagül Ağaməhəmməd oğludur.

Şəhər restoranlarının birində uzun müddət aşpaz işləmiş azərbaycanlı koronavirusa yoluxduğundan klinikaya yerləşdirilib. İki həftəlik müalicə kursu keçən soydaşımız ötən gecə dünyasını dəyişib. A.Rzayevin meyitinin Qazaxıstanın Almatı şəhərinə gətirilərək yaxınlarının məzarlarının yanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, buna qədər ABŞ-da daha iki azərbaycanlı COVID-19-dan dünyasını dəyişib.

Orphus sistemi