ABŞ-da COVID-19 qurbanlarının sayı 82 mini ötdü

ABŞ-da COVID-19 qurbanlarının sayı 82 mini ötdü ABŞ-da son gün ərzində yeni koronavirusdan 1 203 nəfər ölüb.
Digər ölkələr
121
13 May , 2020 06:57
ABŞ-da COVID-19 qurbanlarının sayı 82 mini ötdü

ABŞ-da son gün ərzində yeni koronavirusdan 1 203 nəfər ölüb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 82 010 nəfərə çatıb. Son sutka ərzində COVID-19-a yoluxanların sayı daha 19 030 nəfər artıb. Bununla da ölkədə koronavirus xəstələrinin sayı 1 388 137-yə çatıb.

ABŞ əvvəlki kimi dünyanın koronavirusdan ən zərər çəkmiş ölkəsi olaraq qalır. Virusa ən çox yoluxma və ölüm Nyu-Yorkda, Nyu-Cersidə və İllinoysda qeydə alınıb.

Nyu-Yorkda COVID-19-a 347 151 nəfər yoluxub, 27 mindən çox insan pandemiyanın qurbanı olub. Nyu-Cersidə 141 137 nəfərdə koronavirus aşkarlanıb, İllinoysda bu göstərici 79 007 nəfər təşkil edir.

İndiyə kimi Birləşmiş Ştatlarda təhlükəli virusdan 262 321 amerikalı sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi