ABŞ-da koronavirusdan ölənlərin sayı 1918-ci ildə baş vermiş “ispan qripi” pandemiyası qurbanlarının sayını ötüb.
“Report”un məlumatına görə, bu barədə
Qeyd edilir ki, Birləşmiş Ştatlarda COVID-19-dan 675 446 nəfər amerikalı ölüb. Eyni zamanda bildirilir ki, iki il davam etmiş "ispan qripi" pandemiyası təxminən 675 min sakinin həyatına son qoyub.
Həmin vaxt “qrip”in törədicisi yarım milyard insanın yoluxduğu və dünya əhalisinin böyük hissəsini (90-100 milyon insan) öldürən H1N1 virusu idi.
Son zamanlar ABŞ-da koronavirusdan gündə orta hesabla 1 900 insan ölür. Bu, pandemiyanın başlanğıcından ölüm faizinin ən yüksək göstəricisidir. Qeyd edək ki, Birləşmiş Ştatlar dünyada koronavirusdan ölüm və yoluxma sayına görə birinci yerdədir.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.