ABŞ-da koronavirusdan ölənlərin sayı pandemiya dövründə ikinci dəfə dörd min nəfər göstəricini keçərək 4 327-yə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.
ABŞ-da ilk dəfə bir gündə ölən koronavirus xəstələrinin sayı yanvarın 8-də dörd min həddini aşmışdı, o zaman 4 085 ölüm halı qeydə alınmışdı.
Universitetin məlumatına görə, son 24 saatda ABŞ-da 215 805 nəfərdə COVID-19 aşkar edilib.
Universitetin hesablamasına görə, pandemiya başlayandan ABŞ-da 22,8 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 380 mindən çox adam ölüb.