ABŞ-da Co Baydenin inauqurasiyasını pozmaq təhlükəsi yaranıb

ABŞ-da Co Baydenin inauqurasiyasını pozmaq təhlükəsi yaranıb ABŞ-da ultrasağ ekstremistlər Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Co Baydenin inauqurasiyasını pozmaq niyyətindədir.
Digər ölkələr
15 Yanvar , 2021 06:49
ABŞ-da Co Baydenin inauqurasiyasını pozmaq təhlükəsi yaranıb
Co Bayden

ABŞ-da ultrasağ ekstremist qüvvələr Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Co Baydenin inauqurasiyasını pozmaq niyyətindədir.

Bu barədə “Report” “The Washington Post”a istinadən xəbər verir.

Hakimiyyət orqanlarının iddiasına görə, ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfdarlarının Kapitoliyə hücumu "ümummilli ekstremist hərəkatın hakimiyyətin yeni seçilmiş prezidentə ötürülməsini pozmağa və seçkilərin qanuniliyinə bir neçə ay, bəlkə də illər ərzində etiraz etmək qəzəbini stimullaşdırıb".

Rəsmi şəxslər Birləşmiş Ştatların paytaxtında, Kapitoliyə və ya Ağ Evə mümkün təkrar hücum, potensial zorakılıq aktları haqqında xəbərdarlıq edirlər. Bundan başqa, hüquq-mühafizə orqanları ekstremistlərin odlu silahdan və partlayıcı maddələrdən istifadə edə bilməsindən ehtiyatlanırlar.

Qeyd edək ki, bu, inauqurasiya ilə bağlı yeganə xoşagəlməz xəbər deyil. Öz növbəsində Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri də Baydenin inauqurasiyası ərəfəsində zorakılıq təhlükəsi haqqında bildirib. Bu barədə isə “Reuters” məlumat yayıb. Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey qeyd edib ki, inauqurasiya ərəfəsində Vaşinqtonda potensial zorakılıqlardan narahatdır.

Rey xüsusən FTB-nin andiçmə mərasimini təhdid edən mümkün hadisələrlə bağlı çoxlu sayda onlayn müzakirəni qeydə aldığını söyləyib.

ABŞ-ın yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası yanvarın 20-də olacaq.

Son xəbərlər

Orphus sistemi