ABŞ-da bütün “Boeing 777X”-lər yoxlanılacaq

ABŞ-da bütün “Boeing 777X”-lər yoxlanılacaq ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi “Pratt Whitney PW4000” mühərriki ilə təchiz olunmuş bütün “Boeing 777X” təyyarələrini yoxlamağı tələb edib
Digər ölkələr
23 Fevral , 2021 03:12
ABŞ-da bütün “Boeing 777X”-lər yoxlanılacaq

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi “Pratt & Whitney PW4000” mühərriki ilə təchiz olunmuş bütün “Boeing 777X” təyyarələrini yoxlamağı tələb edib.

Bu barədə “Report” idarənin tvitter səhifəsinə istinadən xəbər verir.

"Çox güman ki, bu, bəzi təyyarələrin istismardan çıxarılması anlamına gələcək", - xəbərdə ​​deyilir.

Daha əvvəl “United Airlines” aviaşirkətinə məxsus təyyarə Kolorado ştatında Denver şəhərindən Qonoquluya uçub. Laynerin uçuşundan dərhal sonra mühərrikdə alışma baş verib, buna görə pilotlar aeroporta qayıtmalı olub. Təyyarənin enişi müvəffəqiyyətlə baş tutub.

Sərnişin təyyarəsinin mühərrikinin hissələri Koloradoda yaşayış evlərinin üstünə düşüb. Yerli sakinlər mühərrikin qalıqlarının düşməsini videoya çəkiblər və görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Son xəbərlər

Orphus sistemi