ABŞ-da baş vermiş atışmada 7 nəfər yaralanıb

ABŞ-da baş vermiş atışmada 7 nəfər yaralanıb Polis cinayətkarın axtarışına başlayıb
Digər ölkələr
2 Yanvar , 2017 07:19
ABŞ-da baş vermiş atışmada 7 nəfər yaralanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ-da baş vermiş atışmada 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, hadisə Florida ştatının Mayami şəhərində baş verib. Belə ki, naməlum şəxsin küçədəki insanlara atəş açdığı bildirilir. 

Hüquq-mühafizə orqanlarının yaydığı xəbərdə bildirilir ki, zərərçəkənlərdən 3-ü yeniyetmələrdir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Polis cinayətkarın axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi