ABŞ-da baş verən atışmada azı iki polis ölüb, bir neçəsi yaralanıb

ABŞ-da baş verən atışmada azı iki polis ölüb, bir neçəsi yaralanıb ABŞ-ın Minnesota ştatının Bernsvill şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.
Digər ölkələr
19 Fevral , 2024 05:16
ABŞ-da baş verən atışmada azı iki polis ölüb, bir neçəsi yaralanıb

ABŞ-ın Minnesota ştatının Bernsvill şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı və bir yanğınsöndürən həlak olub, bir neçə polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Silahlı cinayətkar öz evində ailəsini girov götürüb. Xüsusi təyinatlılar qrupu evə basqın edənə qədər onunla danışıqlar dörd saat davam edib.

Ştatın qubernatoru Tim Valts bildirib ki, təhlükədə olan ailəyə kömək edərkən iki polis və bir yanğınsöndürən həlak olub, digər zabitlər yaralanıb.

Onun sözlərinə görə, əməliyyat zamanı girovlardan heç biri xəsarət almayıb, cinayətkar hücum zamanı öldürülüb. Polis hələ ki, cinayətin motivini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi