ABŞ-da axtarışda olan silahlı şəxs vitse-prezidentin iqamətgahı yanında saxlanıldı

ABŞ-da axtarışda olan silahlı şəxs vitse-prezidentin iqamətgahı yanında saxlanıldı ABŞ-ın hüquq-mühafizə orqanları axtarışda olan kişini çərşənbə günü Vaşinqtonda, ölkənin vitse-prezidenti Kamala Harrisin iqamətgahı yaxınlığında saxlayıb
Digər ölkələr
18 Mart , 2021 03:26
ABŞ-da axtarışda olan silahlı şəxs vitse-prezidentin iqamətgahı yanında saxlanıldı

ABŞ-ın hüquq-mühafizə orqanları axtarışda olan kişini çərşənbə günü Vaşinqtonda, ölkənin vitse-prezidenti Kamala Harrisin iqamətgahı yaxınlığında saxlayıb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən CNBC telekanalı bildirib.

Telekanalın məlumatına görə, bu, San-Antonio şəhərinin (Texas ştatı-red) 31 yaşlı sakini Pol Murreydir. O, ABŞ-ın Hərbi Dəniz Rəsədxanasının binası ətrafında ölkənin vitse-prezidentinin iqamətgahında xidmət keçən Məxfi Xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları şübhəli şəxsin avtomobilində tüfəng və döyüş sursatları aşkarlayıb.

Murreyə qeydiyyatsız silah və sursat saxlamaqla bağlı ittihamlar irəli sürülüb.

CNBC dəqiqləşdirib ki, hazırda Harris iqamətgahda yaşamır, çünki binada təmir işləri aparılır.

Son xəbərlər

Orphus sistemi