ABŞ-da avtomobil yarışında qəza baş verib, ölənlər və xəsarət alanlar var

ABŞ-da avtomobil yarışında qəza baş verib, ölənlər və xəsarət alanlar var ABŞ-ın Texas ştatının Kurvil şəhərində keçirilən avtomobil yarışında qəza olub.
Digər ölkələr
24 Oktyabr , 2021 12:39
ABŞ-da avtomobil yarışında qəza baş verib, ölənlər və xəsarət alanlar var

ABŞ-ın Texas ştatının Kurvil şəhərində keçirilən avtomobil yarışında qəza olub.

"Report" xəbər verir ki, bu barədə yerli polis feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, hadisə draq-reysinq yarışı zamanı (düz tras üzrə akselerasiya yarışı - red.) baş verib.

Avtomobillərdən biri idarəetmədən çıxaraq yarışın keçirildiyi yerli hava limanının uçuş-enmə zolağını tərk edib və dayanmış avtomobillərə çırpılaraq tamaşaçıları yerə yıxıb.

Qəza nəticəsində 2 nəfər ölüb, daha 8 insan xəsarət alıb. Ölənlərin hər ikisi azyaşlıdır. Dörd nəfər ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.

Polis qəzanın səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi