Bakı. 15 May. REPORT.AZ/ Ötən gün ABŞ-ın Atlanta şəhəri (Corciya ştatı) yaxınlığında keçirilən aviaşou zamanı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
“Report” CNN telekanalına istinadən xəbər verir ki, pilot ölüb, tamaşaçılar arasında ölən və ya yaralanan olmayıb.
Biplan ikinci təyyarə ilə tandemdə pilotaj fiqurunu yerinə yetirən zaman qəzaya uğrayıb. Təyyarə iki yerə parçalanıb. Ön hissəsi yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gəlsələr də, pilotu xilas etmək mümkün olmayıb.
ABŞ-da aviaşou zamanı təyyarə qəzaya uğrayıb, pilot ölüb
Digər ölkələr
15 may 2016
03:46


Rus versiyası
Самолет разбился на авиашоу в США, пилот погиб
Son xəbərlər
