ABŞ-da atışma zamanı polis əməkdaşı öldürülüb, yaralananlar var
Digər ölkələr
- 16 oktyabr, 2021
- 15:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Texas ştatında atışma olub.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Hyuston şəhərində baş verib. Atışma zamanı bir polis əməkdaşı öldürülüb, daha iki nəfər yaralanıb.
Şəhərin Polis İdarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları barlardan birinin yaxınlığındakı küçədə soyğunçuluğun qarşısını almağa çalışıblar. "Pusquya düşəndə bir şübhəli şəxsi yaxalamağa və ya həbs etməyə çalışıblar", - deyib.
CNN-in məlumatına görə, başqa bir cinayətkar polisə arxadan yaxınlaşaraq, tüfəngdən bir neçə atəş açıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda cinayətkarların axtarışı aparılır.
Son xəbərlər
18:36
Foto
Video
Kəsəmən - Göyçənin qədim Azərbaycan yurdlarından biri
Daxili siyasət
18:36
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
Digər
18:25
Ərdoğan Mirziyoyevlə görüşdə TDT-nin güclənəcəyini bildirib
Region
18:20
Foto
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
18:15
Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
Digər ölkələr
18:13
Zaqrebdə Azərbaycanın yaşıl keçidin irəlilədilməsindəki nailiyyətləri açıqlanıb
Xarici siyasət
18:02
"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb
Energetika
17:41
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb
Maliyyə
17:35
"World Winners Cup Alanya 2026": Azərbaycanın "Marafon" klubu dördüncü matçında da uduzub
Futbol