ABŞ-da atışma zamanı bir neçə nəfər xəsarət alıb

ABŞ-da atışma zamanı bir neçə nəfər xəsarət alıb ABŞ-ın Viskonsin ştatının Vavatosa şəhərində atışma olub.
Digər ölkələr
21 Noyabr , 2020 02:36
ABŞ-da atışma zamanı bir neçə nəfər xəsarət alıb

ABŞ-ın Viskonsin ştatının Vavatosa şəhərində atışma olub.

"Report" xəbər verir ki, bu barədə şəhərin meri Dennis Makbrayd "ABC" telekanalına açıqlamasında bildirib.

Mer qeyd edib ki, hadisəni naməlum şəxs törədib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb.

Dennis Makbraydın sözlərinə görə cinayətkarın axtarışına onlarla polis əməkdaşı cəlb edilib. Telekanal silahlı insident zamanı azı 8 nəfərin xəsarət aldığını xəbər verib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində 75 polis əməkdaşı işləyir, onlar hücum edən şəxsi axtarırlar.

Son xəbərlər

Orphus sistemi