ABŞ-ın Viskonsin ştatında atışma olub.
“Report” xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə Miluoki şəhərində qeydə alınıb. Atışma zamanı azı 7 nəfər xəsarət alıb.
Məlumata görə, avtomobildə olan naməlum şəxs 100 nəfərin iştirak etdiyi dəfn mərasiminin iştirakçılarına atəş açıb. Agentlik qeyd edib ki, zərərçəkənlərdən heç birinin həyatı üçün ciddi təhlükə yoxdur.
Polis hadisəni törədən şəxsin axtarışına başlayıb.