ABŞ-da məktəbdə atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-da məktəbdə atışma olub, ölən və xəsarət alanlar var ABŞ-da atışma olub
Digər ölkələr
13 Aprel , 2021 00:22
ABŞ-da məktəbdə  atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, hadisə Tennesi ştatında baş verib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb. Yerli mətbuat orqanları hadisə zamanı 1 nəfərin öldürüldüyünü bildirib.

Yerli polis özünün tvitterdəki səhifəsində atışmanın Noksvill şəhərindəki məktəbdə - “Austin-East Magnet”də qeydə alındığını xəbər verib. Qeyd edilir ki, xəsarət alanlar arasında polis əməkdaşı da var. Yerli sakinlərə atışmanın baş verdiyi ərazidən uzaq olmaq tövsiyə edilib.

İnsidentin təfərrüatı açıqlanmır. Atəşin kim tərəfindən açıldığı bildirilmir. Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi