ABŞ-da atışma olub, ölənlər var

ABŞ-da atışma olub, ölənlər var ABŞ-ın Uintrop şəhərində (Massaçusets ştatı) atışma olub.
Digər ölkələr
27 İyun , 2021 01:49
ABŞ-da atışma olub, ölənlər var

ABŞ-ın Uintrop şəhərində (Massaçusets ştatı) atışma olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Qeyd edilir ki, hadisə zamanı atışmanı törədən şübhəli şəxs də daxil olmaqla, üç nəfər həlak olub.

Yerli polisin rəhbəri Con Qilfoyl tvitterdə bildirib ki, böyük yük maşını yerli vaxtla saat 14:41-də (Bakı vaxtı ilə saat 22:41) binaya çırpılıb və atəş səsləri edilib. Hadisə yerinə gələn asayiş keşikçiləri iki nəfərin güllələndiyini aşkarlayıblar.

Polis rəisinin sözlərinə görə, asayiş keşikçiləri şübhəli şəxsə atəş açıb, o ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib, amma onun həyatını xilas etmək mümkün olmayıb.

"Uintrop polisi şübhəli şəxsin və iki zərərçəkənin həlak olduğunu təsdiqləyir”, - Qilfoyl tvitterdə yazıb.

Son xəbərlər

Orphus sistemi