ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub, ölən və yaralananlar var ABŞ-ın paytaxı Vaşinqtonda atışma olub.
Digər ölkələr
20 İyul , 2020 02:29
ABŞ-da atışma olub, ölən və yaralananlar var
0 : 00
0 : 00

ABŞ-ın paytaxı Vaşinqtonda atışma olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" şəhər polisinə istinadən məlumat yayıb. 

Məlumata görə, hadisə zamanı 1 nəfər həlak olub, azı 8 nəfər yaralanıb.   

"Bizdə xəstəxanalara doqquz nəfərin çatdırılması haqqında sübut var. Hamımız yaralananların daha dəqiq sayı üzrə təsdiqetməni gözləyirik. Və göründüyü kimi, zərərçəkənlərdən biri öldü", - müsahib agentliyə deyib.

Onun sözlərinə görə, bütün zərərçəkənlər yaşca böyüklərdir. Onların vəziyyəti haqqında hələ məlumat verilmir. Polis hadisəni törədən üç nəfəri axtarır. Onlar avtomobillə hadisə yerindən qaçaraq gizləniblər.

Bu, Birləşmiş Ştatlarda ikinci silahlı insidentdir. Daha əvvəl Arizona ştatında da silahlı insident olub. Atışma Peoriya şəhərində qeydə alınıb. Hadisə zamanı 12 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi