ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var ABŞ-ın Texas ştatının Dallas şəhərində əyləncə gecəsində baş verən atışma zamanı azı 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Digər ölkələr
20 Mart , 2022 20:03
ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-ın Texas ştatının Dallas şəhərində əyləncə gecəsində baş verən atışma zamanı azı 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən yerli WFAA telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə gecəyarı baş verib. Telekanalın mənbələri bildirib ki, şənliyin bir neçə iştirakçısı küçəyə çıxıb, bundan sonra yoldan keçən avtomobildən onlara atəş açılıb.

Zərərçəkənlərdən bəziləri xəstəxanaya çatdırılıb, digərləri isə özləri tibb müəssisəsinə gedib.

Polis hadisənin təfərrüatını araşdırır.

Son xəbərlər

Orphus sistemi