Yuxarı
    Bağlamaq

    ​ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

    güman edilən cinayətkar öldürülüb

    Bakı. 17 İyul. REPORT.AZ/ Cümə axşamı ABŞ-ın Tennessi ştatının Çattanuqa şəhərində hərbi dəniz donanmasının iki obyektində baş vermiş atışma nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

    "Report" xəbər verir ki, güman edilən cinayətkar öldürülüb.

    CNN-nin məlumatına görə, atışma bir-birindən bir neçə kilometr aralıda yerləşən donanmanın ehtiyat bazası və çağırış məntəqəsində qeydə alınıb.

    Hadisə şahidlərinin sözlərinə görə, "Ford Mustang" markalı avtomobil ilə hərəkət edən naməlum şəxs ticarət mərkəzində yerləşən çağırış məntəqəsinin şüşə qapılarını atəşə tutub. O, qapı istiqamətində ən azı 30-40 güllə atıb. Daha sonra ehtiyat bazasında da atışma qeydə alındığı məlumat verilib.

    Öldürülənlər arasında dəniz piyadasının ən azı bir zabiti, yaralılar arasında isə bir polis əməkdaşı var. Digər ölən və yaralananlar haqqında hələ ki, məlumat verilmir.

    *** 22:17

    Bakı. 16 İyul. REPORT.AZ/ Amerikanın Tenessi ştatında baş verən atışma zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin 4 hərbçisi və bir polis əməkdaşı yaralanıb.

    "Report" xəbər verir ki, rəsmi məlumata görə, 5 nəfər xəstəxanaya yerləşdirilib.

    Atəş açan şəxsi yaxalamaq mümkün olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi