ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb - YENİLƏNİB

ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb - YENİLƏNİB Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ-ın Cənubi Karolina ştatının Vintage Place rayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb.
Digər ölkələr
4 Oktyabr , 2018 12:00
ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb - YENİLƏNİB

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ-ın Cənubi Karolina ştatının Vintage Place rayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Florens dairəsinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlama ilə bağlı orderi təqdim edərkən sakinlərdən biri atəş açıb. O, mənzildə barrikada quraraq iki saata yaxın polisə müqavimət göstərib. Ancaq sonda şübhəlini yaxalamaq mümkün olub.


*** 08:54

ABŞ-ın Cənubi Karolina ştatının Florens şəhərində naməlum şəxs atəş açıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin təcili xidmət orqanlarına istinadən WPDE telestansiyası məlumat yayıb.

Atışma nəticəsində 5 polis əməkdaşı yaralanıb.

"Atışma dayanıb, şübhəli şəxs saxlanılıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi