ABŞ-da atışma: 2 nəfər ölüb, 12-si yaralanıb

ABŞ-da atışma: 2 nəfər ölüb, 12-si yaralanıb ABŞ-ın Şimali Karolina ştatının Şarlott əyalətində avtomobilin adamların üzərinə sürülməsi və atışma nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Digər ölkələr
22 İyun , 2020 13:33
ABŞ-da atışma: 2 nəfər ölüb, 12-si yaralanıb

ABŞ-ın Şimali Karolina ştatının Şarlott əyalətində avtomobilin adamların üzərinə sürülməsi və atışma nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli “WBTV” telekanalı yayıb.

Bildirilib ki, avtomobilin adam vurması ilə bağlı polisə zəng edilib. Polis hadisə yerində yüzlərlə adamın toplaşdığını aşkarlayıb. Bundan sonra atışma düşüb. Məlumata görə, iki nəfər aldığı güllə yarasından ölüb. Atışma bir neçə saat davam edib. 7 nəfər atışma, 5 nəfər isə avtomobilin adamların üzərinə sürülməsi nəticəsində yaralanıb.

Sakinlər küçədə qulların azadlığı gününü qeyd edirmiş.

Son xəbərlər

Orphus sistemi