ABŞ-da atışmalar zamanı 2 nəfər öldürülüb, yaralananlar var

ABŞ-da atışmalar zamanı 2 nəfər öldürülüb, yaralananlar var ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən iki atışma nəticəsində azı iki nəfər həlak olub, dörd nəfər yaralanıb.
Digər ölkələr
20 İyun , 2021 13:44
ABŞ-da atışmalar zamanı 2 nəfər öldürülüb, yaralananlar var

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən iki atışma nəticəsində azı iki nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “6abc” telekanalı bildirib.

Məlumata əsasən, birinci atışma yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 22:30) olub. Hadisə yerinə gələn polislər iki kişini və üçyaşlı uşağı yaralı vəziyyətdə aşkarlayıblar. Kişilər xəstəxanada ölüblər, uşağın vəziyyəti sabit qiymətləndirilir.

İkinci hadisə yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 03:30-da) olub. Atışma nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti sabitdir.

Polis hadisə ilə bağlı heç kimi saxlamayıb.

Son xəbərlər

Orphus sistemi