Yuxarı

ABŞ-da aralıq seçkiləri keçirilir

Konqres Nümayəndələr Palatasının tam tərkibi və Senatın üçdə bir hissəsi yenidən seçiləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ ABŞ-da aralıq seçkilərinə start verilib. "Report" xəbər verir ki, Nümayəndələr Palatasanın 435 üzvü, eləcə də 100-yerlik Senatın 36 üzvü seçiləcək. Bundan başqa, 50 ştatdan 36-da qubernator seçkiləri keçirilir.  

Bu seçkilər əsas prezident seçkilərinin tam ortasında, iki illik fasilə ilə keçirildiyinə görə aralıq adlanır. 

AFP agentliyinin məlumatına əsasən, son seçkiqabağı sorğu göstərir ki, demokratlar, böyük ehtimalla Senata nəzarəti itirəcəklər. Nümayəndələr Palatasına nəzarəti onlar dörd il əvvəl itiriblər. Senatın indiki tərkibində Demokrat partiyasının 53 üzvü və 45 respublikaçı çalışır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi