ABŞ-ın Ohayo ştatında 8 nəfərin qətlə yetirildiyi ərazidə 3 çətənə plantasiyası aşkar edilib

ABŞ-ın Ohayo ştatında 8 nəfərin qətlə yetirildiyi ərazidə 3 çətənə plantasiyası aşkar edilib Çətənə plantasiyasının miqyası olduqca böyükdür
Digər ölkələr
25 Aprel , 2016 04:05
ABŞ-ın Ohayo ştatında 8 nəfərin qətlə yetirildiyi ərazidə 3 çətənə plantasiyası aşkar edilib

Bakı. 25 aprel. REPORT.AZ/ABŞ-ın Ohayo ştatında səkkiz insanın qətlə yetirildiyi hadisə yerində marixuananın alınması məqsədilə nəzərdə tutulmuş üç çətənə plantasiyası aşkar edilib. "Report"un məlumatına görə, bu haqda Ohayo ştatınuı prokuroru Mayk Devayn keçirdiyi mətbuat konfransında bildirib.

"Bu, şəxsi istehlak üçün deyildi. Çətənə plantasiyasının miqyası olduqca böyükdür. Kifayət qədər geniş istehsal olub", - deyə o izah edib

Prokurorun sözlərinə görə, Payk dairəsi polis ötən cümə günündən indiyədək i təxminən 60-a yaxın sakini sorğu-sual edib. 18 maddi sübut ekspertizaya göndərilib. Beş ünvan üzrə axtarışlar aparılıb. Lakin qatil indiyə qədər tutulmayıb. 

Son xəbərlər

Orphus sistemi