ABŞ-da 8 nəfər fırtınanın qurbanı olub

ABŞ-da 8 nəfər fırtınanın qurbanı olub Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın şərq sahillərində fırtına qurbanlarının sayı 8 nəfərə çatıb.
Digər ölkələr
4 Mart , 2018 04:21
ABŞ-da 8 nəfər fırtınanın qurbanı olub

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın şərq sahillərində fırtına qurbanlarının sayı 8 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Massaçusets ştatında təxminən 328 min insan elektrik təchizatından məhrum olub. Həmçinin Nyu-Cersi ştatında da 164 min insan işıqsız qalıb.

Daha əvvəl bildirilirdi ki, ABŞ-da fırtına səbəbindən 5 nəfər ölüb. Ölkənin Merilend ştatında fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi