ABŞ-da 5 yaşlı uşağı qətlə yetirən erməni 25 il azadlıqdan məhrum edilib

ABŞ-da 5 yaşlı uşağı qətlə yetirən erməni 25 il azadlıqdan məhrum edilib O, keçmiş ərini “uğursuz, bədbəxt” adlandırıb
Digər ölkələr
24 Avqust , 2017 16:39
ABŞ-da 5 yaşlı uşağı qətlə yetirən erməni 25 il azadlıqdan məhrum edilib

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-da 5 yaşlı oğlunu qətlə yetirən erməni etnik qrupunun nümayəndəsi Aramazd Andressyan 25 il azadlıqdan məhrum edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, təqsirini boynuna alıb.

Müstəntiqlər hesab edirlər ki, 35 yaşlı Andressyan 5 yaşlı uşağı keçmiş həyat yoldaşı Ane Estevezdən intiqam almaq üçün öldürüb.

“Ümid edirəm ki, həyatının qalan hissəsində mənim uşağımı qətlə yetirdiyini hər gün xatırlayacaqsan. Qoy sənin qara qəlbin cəhənnəmdə yansın. Mənim sənə yazığım gəlir”, - A.Estevez məhkəmədə bildirib.

O, keçmiş ərini “uğursuz, bədbəxt” adlandırıb.

A.Andressyan Disneylend gəzintisindən sonra uşağı geri anasına qaytarmayandan sonra onun itməsi haqqında elan verilib. Prokuror deyib ki, 35 yaşlı etnik erməni aprelin 21-də oğlanla attraksiondan çıxandan 6,5 saat sonra onu qətlə yetirib. Uşağın meyitini iyulun 1-də Santa-Barbarada Kaçuma gölünün yaxınlığından aşkarlayıblar.

Polis A.Andressyanı iyunun 23-də qətldə şübhəli bilərək həbs etmişdi. 

Son xəbərlər

Orphus sistemi