ABŞ-da 5-11 yaş arası uşaqlar buster doza ilə peyvənd olunacaq

ABŞ-da 5-11 yaş arası uşaqlar buster doza ilə peyvənd olunacaq ABŞ-da 5-11 yaş arası uşaqlar buster doza ilə peyvənd olunacaq.
Digər ölkələr
18 May , 2022 06:14
ABŞ-da 5-11 yaş arası uşaqlar buster doza ilə peyvənd olunacaq

ABŞ-da 5-11 yaş arası uşaqlar buster doza ilə peyvənd olunacaq.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, müvafiq icazə ABŞ Qida və Dərman İdarəsi tərəfindən verilib.

5-11 yaş arası uşaqlar əsas peyvənddən beş ay sonra əlavə doza ala biləcəklər. Bu yaş qrupunda olan uşaqlar üçün yeganə peyvənd "Pfizer"dir. Onlar böyüklər üçün verilən dozanın üçdə birini alırlar.

Bundan əvvəl gücləndirici peyvəndlər 12 yaşında olan vətəndaşlar üçün mövcud idi.

Qeyd edək ki, 2021-ci ilin noyabrında ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası (CDC) üzrə Federal Mərkəzi 5-11 yaşlı uşaqlara Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi peyvəndlərin vurulmasını tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi