Pentaqon: ABŞ-da 40-dan çox əfqan hərbçisi təlim zamanı qaçıb

Pentaqon: ABŞ-da 40-dan çox əfqan hərbçisi təlim zamanı qaçıb Onların bəziləri Birləşmiş Ştatlarda qalmağa çalışıblar
Digər ölkələr
7 Oktyabr , 2016 07:45
Pentaqon: ABŞ-da 40-dan çox əfqan hərbçisi təlim zamanı qaçıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ "ABŞ-da 40-dan çox əfqan hərbçisi təlim zamanı qaçıb".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk keçirdiyi brifinqdə bildirib.

"Son iki ildə və ya ona yaxın müddətdə qaçanların sayı 40 nəfərdən çox idi", - deyə Kuk bildirib. Onun sözlərinə görə, Pentaqon həmin şəxslərin 32 nəfərinin harda olmasından məlumatsızdır.

"Biz bütün səylərimizi bu insanların hara getdiklərini müəyyən etməyə, habelə bunun səbəblərini aydınlaşdırmağa yönəltmişik. Onlar bəzi hallarda evə yola düşdülər. Bəziləri Kanadaya yollanmağa səy göstərirdi. Bəziləri isə qanuni əsaslarda ABŞ-da qalmağa çalışırdı", - deyə Pentaqon rəsmisi əlavə edib.

Pentaqon nümayəndəsi hesab edir ki, indi təlimlərdən qaçanların sayı azalıb. Onun sözlərinə görə, əvvəllər qaçan əfqan hərbçilərinin ümumi miqdarı 2 min nəfərdən çox idi.

Kuk həmçinin vurğulayıb ki, Pentaqon qaçmış hərbçiləri təhlükəsizlik üçün təhlükə hesab etmir. "Bu insanlar xüsusi olaraq seçilib", - deyə Kuk əlavə edib.

Son xəbərlər

Orphus sistemi