Bayden: "Uşaqların peyvənd olunmasına hazırıq"

Bayden: "Uşaqların peyvənd olunmasına hazırıq" ABŞ 5-11 yaş arasındakı bütün uşaqların koronavirusa qarşı peyvəndlənməsinə hazırdır.
Digər ölkələr
15 Oktyabr , 2021 05:28
Bayden: Uşaqların peyvənd olunmasına hazırıq

ABŞ 5-11 yaş arasındakı bütün uşaqların koronavirusa qarşı peyvəndlənməsinə hazırdır.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə koronavirusun yayılmasına qarşı mübarizənin gedişi ilə bağlı keçirdiyi brifinqdə açıqlayıb.

"Valideynlər 5-11 yaş arası uşaqlar üçün peyvəndləri səbirsizliklə gözləyirlər. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti peyvəndin bu yaş kateqoriyasına uyğun olub-olmaması ilə əlaqədar bir neçə həftə ərzində qərar verə bilər", - Bayden deyib.

ABŞ Prezidenti vurğulayıb ki, uşaqların peyvənd olunması üçün yetərincə dərman alınıb.

Bundan əvvəl "Pfizer" və "BioNTech" 5 yaşdan 11 yaşa qədər olan uşaqlar arasında koronavirus peyvəndinin təcili istifadəsinin təsdiqlənməsi üçün Ərzaq və Dərman İdarəsinə müraciət edib.

Hazırda dərman 16 yaşdan yuxarı insanlar və 12-15 yaş arası yeniyetmələrdə təcili istifadə üçün təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi