ABŞ Çinlə hipersəs silahlanma yarışında olduğunu açıqlayıb

ABŞ Çinlə hipersəs silahlanma yarışında olduğunu açıqlayıb “ABŞ Çinlə hipersəs silahlanma yarışındadır”.
Digər ölkələr
1 Dekabr , 2021 10:37
ABŞ Çinlə hipersəs silahlanma yarışında olduğunu açıqlayıb

“ABŞ Çinlə hipersəs silahlanma yarışındadır”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ABŞ Hava Qüvvələrinin katibi Frank Kendall bildirib.

“Silahların sayının deyil, keyfiyyətinin artması üçün bir silahlanma yarışı var. Bu yarış uzun müddətdir davam edir. Çinlilər çox təcavüzkar davranır. ABŞ bu davranış qarşısında yetərincə iş görmür”, - o deyib.

Məlumta görə, bir müddət əvvəl ABŞ-ın Kosmik Qüvvələrinin generalı David Tompson bildirmişdi: “Hipersəs proqramlar baxımından çinlilər və rusiyalılar qədər irəlidə deyilik. Ancaq ABŞ sürətlə onlara çatmağa çalışır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 30-da “Birbaşa xətt”dəki çıxışında yeni hipersəs silahlar hazırladıqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi