ABŞ Çini insan hüquqlarını pozmaqda ittiham edir

ABŞ Çini insan hüquqlarını pozmaqda ittiham edir "Tibetdə ağır məhdudiyyətlər tətbiq olunur"
Digər ölkələr
12 Mart , 2021 19:14
ABŞ Çini insan hüquqlarını pozmaqda ittiham edir
Mark Kassayr

BMT-nin İnsan Hüquqları Şurasının iclasında ABŞ Çini milli və dini azlıqlara qarşı təzyiqlər göstərməkdə ittiham edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, iclasda nitq söyləyən müvəqqəti işlər vəkili Mark Kassayr Çinin Sincan (Şərqi Türküstan) bölgəsində uyğurlara qarşı insanlığa qarşı cinayət və soyqırımı törədildiyini, Tibetdə isə ağır məhdudiyyətlər tətbiq olunduğunu bildirib.

“Biz Honkonq rəsmilərini hüquq və azadlıqları yerinə yetirdikləri üçün demokratik fəalları həbsə atmalarını qınayır və onları dərhal sərbəst buraxmağa səsləyirik”, - deyən amerikalı diplomat Rusiya hökumətini də Kremlin tənqidçisi Aleksey Navalnını, habelə onunla yanaşı qanunsuz olaraq həbsə atılan yüzlərlə şəxsi də qeyd-şərtsiz azad etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi