ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi

ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi Rəsmi Vaşinqton xarici vətəndaşların Tibetə girməsini məhdudlaşdıran Çinin vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.
Digər ölkələr
182
8 İyul , 2020 01:18
ABŞ Çin rəsmilərinə qarşı viza məhdudiyyəti tətbiq etdi
0 : 00
0 : 00

Rəsmi Vaşinqton xarici vətəndaşların Tibetə girməsini məhdudlaşdıran Çinin vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Qeyd olunub ki, viza məhdudiyyətləri Çin hökuməti və Çin Kommunist Partiyasının rəsmilərinə qarşı tətbiq edilib.

ABŞ hökuməti hesab edir ki, Çinin vəzifəli şəxsləri Tibetin regionlarına xarici vətəndaşların getməsinin qarşısını almaq üçün mütəmadi olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər.