ABŞ Çin mallarına qarşı daha 200 milyard dollarlıq rüsum tətbiq edə bilər

ABŞ Çin mallarına qarşı daha 200 milyard dollarlıq rüsum tətbiq edə bilər Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Çin mallarına qarşı öz xaç yürüşünü davam etdirir. Bu dəfə o, Gündoğar ölkədən idxal olunan mallara əlavə olaraq daha 200 milyard dollarlıq rüsum tətbiq edəcəyi ilə hədələyir.
Digər ölkələr
8 Sentyabr , 2018 05:46
ABŞ Çin mallarına qarşı daha 200 milyard dollarlıq rüsum tətbiq edə bilər

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Çin mallarına qarşı öz "xaç yürüşü"nü davam etdirir. Bu dəfə o, "Gündoğar ölkə"dən idxal olunan mallara əlavə olaraq daha 200 milyard dollarlıq rüsum tətbiq edəcəyi ilə hədələyir.

"Report"un CBS telekanalına istinadən verdiyi xəbərə görə, Donald Tramp bildirib ki, tarifləri qaldırıb-qaldırmayacağı ilə bağlı yekun qərar vermək üçün Çin hökumətinin reaksiyasını gözləyir.

Hazırda gətirilmə mallara və texnologiyalara ümumilikdə 50 mlrd. dollarlıq, ardınca isə daha 16 mlrd. dollarlıq əlavə rüsum tətbiq olunub. Çin buna qarşılıqlı şəkildə cavab verir. Çin iqtisadiyyatının bundan dəqiq nə qədər itirdiyi məlum deyil, lakin amerikalılar rüsumların tətbiqindən sonra təcili qaydada öz fermerlərinə 12 mlrd. dollar şəklində yardım rəsmiləşdirməli olublar.

Son xəbərlər

Orphus sistemi