ABŞ Cənubi Koreyada yerli kosmik komandanlıq yerləşdirmək niyyətindədir

ABŞ Cənubi Koreyada yerli kosmik komandanlıq yerləşdirmək niyyətindədir Pentaqon Şimali Koreyanın raket buraxılışlarını izləmək üçün Cənubi Koreyada ABŞ Kosmik Qüvvələri Komandanlığını yerləşdirmək niyyətindədir.
Digər ölkələr
26 Noyabr , 2022 19:10
ABŞ Cənubi Koreyada yerli kosmik komandanlıq yerləşdirmək niyyətindədir

Pentaqon Şimali Koreyanın raket buraxılışlarını izləmək üçün Cənubi Koreyada ABŞ Kosmik Qüvvələri Komandanlığını yerləşdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ rəhbərliyi ilin sonunadək ABŞ Kosmik Qüvvələrinin təşkilati strukturuna inteqrasiya olunacaq ABŞ-ın Cənubi Koreyadakı kontingentində (USFK) qərargah yaratmağı planlaşdırır. ABŞ-dan kənarda analoji struktur noyabr ayında ABŞ-ın Havaydakı Hind-Sakit Okean Komandanlığı altında yaradılıb.

Cənubi Koreyada təxminən 20 işçisi olan Havay adalarından daha az əməkdaşın olacağı gözlənilir.

Agentliyin məlumatına görə, USFK-nın işə salınması ABŞ hərbçilərinə ekzosferə uçan təyyarələri aşkarlamağa və izləməyə imkan verəcək. Bundan əlavə, ABŞ rəhbərliyi ilin sonuna qədər Yaxın Şərq üzrə məsul əlavə komandanlıq yaratmaq niyyətindədir.

Qeyd edək ki, Şimali Koreya oktyabr ayından mütəmadi olaraq raket buraxılışları həyata keçirir. Xüsusilə noyabrın 2-də Şimali Koreya Yapon dənizi və Sarı dənizə azı 17 raket atıb.

Son xəbərlər

Orphus sistemi