ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı üzrə bəyanatını bloklayıb

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı üzrə bəyanatını bloklayıb Diplomat: "Vaşinqtonun belə qərarları İsrail ordusunun Fələstinin mülki əhali üzərinə hücumlarını davam etdirmək üçün zəmin yaradır"
Digər ölkələr
7 Aprel , 2018 11:59
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı üzrə bəyanatını bloklayıb

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı ilə sərhəddə vəziyyətlə bağlı hazırladığı bəyanatı bloklayıb. 

"Report"un RT-ya istinadən verdiyi məlumata görə, bu barədə Fələstin dövlətinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.

"Çox təəssüf ki, 15 ölkədən 14-ü bəyanatı qəbul etməyə hazır olduğu halda, bir neçə dəqiqə əvvəl 1 ölkə onun əleyhinə çıxış edib. Bu, ABŞ nümayəndə heyəti tərəfindən çox məsuliyyətsiz və rəhmsiz bir addımdır", - Riyad Mənsur deyib.

Diplomat söyləyib ki, Vaşinqtonun belə qərarları İsrail ordusunun Fələstinin mülki əhali üzərinə hücumlarını davam etdirmək üçün zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi