ABŞ bir aviadaşıyıcı və 7 döyüş gəmisini Aralıq dənizinə göndərir

ABŞ bir aviadaşıyıcı və 7 döyüş gəmisini Aralıq dənizinə göndərir Gəmilərin göyərtəsində, ümumilikdə, 6500 heyət üzvü olacaq
Digər ölkələr
10 Aprel , 2018 20:52
ABŞ bir aviadaşıyıcı və 7 döyüş gəmisini Aralıq dənizinə göndərir

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ "USS Harry Truman" aviadaşıyıcısını və 7 döyüş gəmisini Aralıq dənizinə göndərir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər aprelin 11-də döyüş təyyarələri ilə Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Avropa və Yaxın Şərqdə yerləşdirilməsi üçün yola düşəcək.

Məlumata görə, "USS Harry Truman" aviadaşıyıcısını "USS Normandy" kreyseri, "USS Arleigh Burke", "USS Bulkeley", "USS Forrest Sherman" və "USS Farragut" destroyerləri müşayiət edəcəklər. "USS Jason Dunham" ve "USS The Sullivans" destroyerləri isə gəmi karvanına daha sonra qatılacaq. Gəmilərin göyərtəsində, ümumilikdə, 6500 heyət üzvü olacaq. 

Bundan başqa, ABŞ gəmilərini bir müddət Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "FGS Hessen" freqatı da müşayiət edəcək. 

Son xəbərlər

Orphus sistemi